İtaliya A Seriyasında mübarizə aparan “Verona” aparıcı futbolçularından olan Luka Toni ilə müqaviləni yeniləyib. Cia.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, 38 yaşlı hücumçu yeni bir illik müqaviləyə qol çəkib.
Qeyd edək ki, 2013-cü ildə “Fiorentina”dan transfer olunan İtaliya millisinin sabiq üzvü bu mövsüm 22 qolla A Seriyasının bombardiri olub.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.