Şimali Amerikada Alyaska ştatında Buz Dövründə yaşayan 2 körpənin qalıqları tapılıb.
ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, "Upward Sun River" kimi tanınan qazıntı sahəsində aşkar edilən sümüklərdən birinin 5 həftəlik uşağa, digərinin isə hələ döl halında ikən tələf olan uşağa aid olduğu bildirilir. Onların təxminən 11 min 500 yaşı olduğu təxmin edilir.
Araşdırmaçılar ilk dəfə Buz Dövründə yaşayan bu qədər kiçik insan sümüklərinə rast gəldikərini qeyd ediblər. Həmçinin körpələrin yanında ayrıca daş nizə və oxların da olduğu açıqlanıb.
Qeyd edək ki, eyni ərazidə 2010-cu ildə də 3 yaşlı bir uşağa aid qalıqlar tapılmışdı.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.