Müğənni Xumar Qədimova “Solo” verilişinin qonağı olub.
Axşam.az-ın məlumatına görə, ifaçı hisslərindən, efirlərdə gec-gec görünməyinin səbəbindən danışıb: “Xoşlayıram ki, mənim üçün darıxsınlar. Özüm də darıxmağı sevirəm. Tez, asanlıqla əldə etməyi xoşlamıram. Dadı, dəyəri itə bilər. Qarşımdakı insanı istədiyim kimi görməyi arzulayıram. Bu, mənim ən böyük cinayətimdir. Bu, düzgün deyil. Buna görə də, ətrafımda çox adam yoxdur, hamı ilə məsafə saxlayıram. Belə xasiyyətlə hamı yanımda olsa, əziyyət çəkərəm”. X.Qədimova “Nəyə ehtiyacınız var” sualına belə cavab verib: “Həyatda sevgi olmasa, olmaz. Ayrılmamağa, dostluğa, səmimiyyətə ehtiyacım var. Əsl dost, rəfiqə istəyirəm. Kiçikliyimdən indiyə kimi əlimdə çıraq dost axtarmışam. Düzdür, bacım dostumdur. Amma rəfiqə də istəyirəm. Yoxdur... insanlarda bir xüsusiyyət var: sənin xoşbəxt olmağına o şərtlə razıyam, mən də xoşbəxt olum. Uğuruna sevinmir. Onunla necə dostluq edəsən?”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.