Avropa Oyunları çərçivəsində güləş yarışları iyunun 13-18-də Heydər Əliyev adına İdman Sarayında keçiriləcək.
Azərbaycan Güləş Federasiyasından Cia.az-a bildirilib ki, “Bakı-2015”in proqramına hər 3 güləş növü üzrə yarışlar daxil edilib və ümumilikdə 24 çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Yarışların ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq. İyunun 15-16-da qadın güləşçilər, iyunun 17-18-də isə sərbəst güləşçilər yarışacaq.
İyunun 13-də 59, 71, 80 və 98 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizə aparacaq. İlk gün mübarizə aparacaq güləşçilərin çəki prosesi baş tutub və püşkatma keçirilib.
59 kq
1/8 final - Elman Muxtarov - Gizo Meladze (GEO)
71 kq
1/8 final - Rəsul Çunayev - Daniel Kataraqa (MDA)
80 kq
1/8 final - Rafiq Hüseynov - Mixael Vaqner (AUT)
98 kq
1/16 final - Orxan Nuriyev - Teodoros Tunisidis (SWE)
Federasiya azarkeşləri Heydər Əliyev adına İdman Sarayına dəvət edərək, güləşçilərimizə dəstək olmağa çağırır. İlk görüşlər Bakı vaxtı ilə saat 10:00-da başlayacaq.





Cia.az


