banner
banner

Gündəm

Möhtəşəm açılışdan möhtəşəm görüntülər - FOTOLAR

Möhtəşəm açılışdan möhtəşəm görüntülər -

“Bakı-2015” I Avropa Oyunlarının möhtəşəm açılış mərasiminin görüntüləri yayılıb. 
Cia.az-ın məlumatına görə, "baku2015.com" saytının təqdim etdiyi görüntülərdə açılış mərasiminin bütün möhtəşəmliyi öz əksini tapıb. 

Açılış mərasimində Azərbaycan, Türkiyə və Rusiya prezidentləri İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin başda olmaqla dünyanın bir çox ölkəsinin dövlət və hökumət başçıları, yüksək səviyyəli nümayəndələri iştirak edir.

Qeyd edək ki, 2015-ci ilin 12-28 iyun tarixlərində olacaq Bakı-2015 Avropa Oyunlarında ümumilikdə 20 idman növü üzrə yarışlar keçirilməsi planlaşdırılır.

Avropa Oyunlarının keçirilməsi ilə bağlı qərar hələ 2012-ci ilin dekabrında, Romada Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında qəbul edilib. Baş Assambleya iştirakçıları arasında keçirilmiş gizli səsvermə nəticəsində 48 səsdən 38 səs lehinə olmaqla ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi qərara alınıb.






















Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.