Bu gün Avropa Oyunlarında iştirak edən karateçilərimiz uğurlarını davam etdirir.
Karateçimiz Niyazi Əliyev bürünc medal qazanıb. Bakı Kristal Zalında keçirilən bürünc medal uğrunda görüşdə Niyazi Əliyev rəqibi alman Ricardo Giegler olub.
Niyazi Əliyev alman idmançını 3 - 1 hesabı ilə məğlub edərək Azərbaycanın növbəti medalını qazanıb.
Bir az öncə karateçimiz Firdovsi Fərzəliyev Bakı-2015 Birinci Avropa Oyunları çərçivəsində Azərbaycanın ilk qızıl medalını qazanıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.