banner
banner

İdman

Erməniyə qalib gələn güləşçimiz: "O, bizim düşmənimiz idi..." - video

Erməniyə qalib gələn güləşçimiz:

"Çox sevinirəm. 3-cü yer uğrunda Ermənistan idmançısına qalib gəldim. O, bizim düşmənimiz idi, mən heç zaman fikirləşmirdim ki, ona uduzacam".

Cia.az-ın Trend-ə istinadən məlumatına görə, bunu bu gün Bakı 2015 ilk Avropa Oyunlarında yunan-Roma güləşçilərinin yarışında bürünc medalı qazanmış Elman Muxtarov deyib.

E.Muxtarov qeyd edib ki, o əvvəlcədən bu idmançıya qalib gələcəyini düşünürmüş: "Erməni güləşçisi güclü idmançıdır: Bu idmançı Londonda Olimpiya oyunlarında da güləşmişdi. Mən də fikirləşdim ki, inşaallah qalib gəlməliyəm, başqa heç cür ola bilməz".

O eyni zamanda finala çıxa bilməməsinin səbəbini görüşləri arasında vaxtın azlığı və yorğunluğu ilə izah edib: "İlk görüşdə gürcü güləşçisi ilə görüşdüm. İkinci görüşüm Norveç idmançısı idi. O, çox güclü idi. Ona görə də çox yoruldum. 15-10 dəqiqə arasında növbəti görüşə çağırdılar. Ona görə finala çıxa bilmədim. İnşallah, gələn yarışlarda qızıl medal qazanacam".

Qeyd edək ki, bu gün yunan-Roma güləşçilərinin yarışında təmsilçimiz, 59 kq çəki dərəcəsində mübarizə aparan Elman Muxtarov 3-cü yer uğrunda mübarizədə Ermənistan təmsilçisi Roman Amoyanı vaxtından əvvəl tam qələbə ilə məğlub edərək Avropa Oyunlarının bürünc medalına sahib olub.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.