Bakı-2015 I Avropa Oyunlarında avarçəkmə yarışları keçirilib.
Cia.az-ın məlumatına görə, Mingəçevirdə keçirilən yarışda təmsilçimiz Valentin Demyanenko Avropa Oyunlarının gümüş mükafatını qazanıb. O, kanoeçilərin 200 metr məsafəyə yarışda 2-ci olub.
Demyanenko yarışın qalibi latviyalı Henrikas Justautasdan geri qalıb. Çexiyalı Marton Foksa isə 3-cü olub.
Digər təmsilçimiz Mirnazim Cavadov 200 metr məsafəyə kayak yarışlarında B finalında start xəttinə çıxıb. O, 7-ci olub.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.