Əməkdar artist Elza Seyidcahan qeyri-adi imici ilə yenə də hər kəsi təəccübləndirib. Cia.az-ın məlumatına görə, müğənni bu dəfə başında məşəl yandırıb.
O, ATV-də yayımlanan və münsif olduğu “Azərbaycanın səsi” verilişinə bu saç düzümü ilə çıxıb.
Fərqli imici ilə bağlı açıqlama verən E.Seyidcahan hələ insanları çox təəccübləndirəcəyini deyib:
“Bəziləri elə bilir ki, mən bunu dəb və ya gündəmdə qalmaq üçün edirəm. Bu tarixi bir imicdir. Ölkəmizdə Avropa Oyunları kimi önəmli bir hadisə oldu. Bu ərəfədə belə qeyri-adi stildə çıxmaq istədim. Məşəl bizim simvolumuzdur. Neçə gün onu bölgələrdə daşıdılar. Bu dəfə məşəli başımda yandırmaq istədim. Bu imicə görə mənə modelyer Leyla Əhmədova kömək etdi. Hamı təəccüblənirdi ki, başında alovu necə gəzdirirsən? Bundan da qeyri-adi imiclərim var. Hələ insanları çox heyrətləndirəcəm".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.