ABŞ-ın birinci xanımı Mişel Obama qızları Malia və Saşa ilə birlikdə Böyük Britaniyaya səfər edib. Cia.az xarici mətbuata istinadən xəbər verir ki, Stansted hava limanında qarşılanan prezident ailəsi daha sonra Londonda Kensinqton sarayında şahzadə ilə görüşüb. Mişel Harri ilə əsasən hərbçi ailələrinə sosial dəstək məsələlərini müzakirə edib.
Səfərinin məqsədi Amerika ilə Britaniyanın təhsil sahəsində təcrübələrini bölüşmək olan birinci xanım “Let Girls Learn” (“Qoy qızlar öyrənsin”) proqramı çərçivəsində çıxış edib. Proqramın məqsədi məktəbə getmək imkanı olmayan 62 milyondan çox qızın baza təhsil şərtlərini təmin etməkdir.
Mişel Obama səfəri çərçivəsində “Mulberry School for Girls” qızlar məktəbinə də baş çəkib.
Birinci xanım daha sonra nümayəndə heyətinə rəhbərlik etdiyi “Expo-2015” beynəlxalq sərgisinə qatılmaq üçün İtaliyaya yola düşəcək.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.