banner
banner

Gündəm

Oqtay Əsədov Süleyman Dəmirəlin dəfninə getdi

Oqtay Əsədov Süleyman Dəmirəlin dəfninə getdi

Milli Məclisin sədri Oqtay Əsədov Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin dəfn mərasimində iştirak etmək üçün iyunun 18-də Ankaraya gedib.

Parlamentin mətbuat xidmətindən Cia.az-a verilən məlumata görə, səfər çərçivəsində parlament sədrinin Türkiyə rəsmiləri və mərasimdə iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri gözlənilir.

Səfər iyunun 19-da başa çatacaq. Tədbirlərdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak edəcəklər.

Xatırladaq ki, Türkiyənin 9-cu prezidenti Sülüyman Dəmirəm iyunun 17-də Ankarada xəstəxanada dünyasını dəyişib. Sabah Ankarada təşkil olunacaq rəsmi vida mərasimindən sonra S.Dəmirəl doğulduğu İsparta şəhərində torpağa tapşırılacaq.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.