"Azercell"in sabiq prezidenti Moldovanı "başsız" qoydu
Keçən həftə istefa verən Kiril Qaburiç yeni hökumət formalaşana qədər Moldovanın baş nazirinin vəzifələrini icra etməkdən imtina edib.
Cia.az-ın məlumatına görə, bu barədə Kiril Qaburiç “Facebook” səhifəsində yazıb.
Qaburiç qeyd edib ki, artıq öz qərarı barədə ölkə prezidentini məlumatlandırıb.
Moldavanın sabiq baş naziri qərarını belə izah etməyə çalışıb ki, vəzifədə qalıb siyasi dividentlər almaq istəmir.
Onun sözlərinə görə, istefası yeni hökümətin formalaşmasının tezləşdirməlidir.
Bu gün Moldova parlamenti rəsmən hökumətin istefasını qəbul edib. İndi dövlət başçısı baş nazirin səlahiyyətlərinin müvəqqəti icraçısını təyin etməlidir.
Baş nazirin istefası onun təhsili haqqında sənədləri ətrafında qalmaqalla bağlıdır. Yerli KİV Qaburiçın diplomunun saxta olduğunu iddia etmişdi.
Qeyd edək ki, Kiril Qaburiç 2012-2014-cü ildə "Azərcell" prezidenti olub.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.