Tanınmış top model Naomi Kempbellin sirri üzə çıxıb. Cia.az xarici mətbuata istinadən xəbər verir ki, modelin mükafatlandırma mərasimlərindən birinə geyindiyi libasın 17 il əvvəl podiuma çıxarkən geyindiyi libasla eyni olduğu aşkarlanıb. “Qara pantera” qırmızı xalıda “Versace”dən olan boz rəngli donu ilə uzun-uzadı poz vermişdi.
Daha sonra məlum olub ki, bu libas Naominin 1998-ci ildə Parisdə moda nümayişində geyindiyi paltarın eynisidir. N.Kempbellin hətta arxiv fotoları da yayılıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.