Bu gün "Bakı-2015" I Avropa Oyunlarında batut gimnastikası üzrə yarışlar keçirilib. Kişi və qadın gimnastlar sinxron hərəkətlərdə təsnifat mərhələsində qüvvəsini sınayıblar.
Yarışlarda ümumilikdə 21 cütlük mübarizə aparıb. Azərbaycan yığması həm kişilərin, həm qadınların mübarizəsində təmsil olunub.
İlya Qrişunin və Oleq Pyunovdan ibarət cütlük kişilərin mübarizəsində çıxış edib. Burada 11 komanda mübarizə aparıb. Nəticədə 54,400 xal toplayan komandamız 9-cu yerdə qərarlaşıb və final mərhələsinə vəsiqə qazana bilməyib.
Qadınların yarışında isə 10 cütlük çıxış edib. Ölkəmizi Svetlana Makştarova və Səbina Zaytseva təmsil edib. Millimiz 10 komanda arasında 9-cu yeri tutaraq, mübarizəni dayandırıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.