banner
banner

Dünya

MHP ilə HDP TBMM-də yan-yana gəldi

MHP ilə HDP TBMM-də yan-yana gəldi

Uzun illərdir Türkiyə siyasətinin ən zidd qütbləri hesab olunan Milliyətçi Hərəkat Partiyası ilə kürdlərin Xalqların Demokratiya Partiyası (HDP) parlamentdə yan-yana oturacaqlar.

Seçkinin rəsmi nəticələrinin açıqlanmasından sonra Türkiyə Böyük Millət Məclisində (TBMM) siyasi partiya qruplarının oturacaqları yerlər də məlum olub. Partiya qruplarının TBMM-də oturacaqları yer seçkidə torpladıqları səsə görə müəyyən olunub. Belə ki, TBMM-nin əsas plenar iclasının keçiriləcəyi zalda soldan sağa 1-ci AKP, 2-ci CHP, 3-cü MHP, 4-cü HDP üzvləri oturacaq. 

Xatırladaq ki, iyunun 7-də keçirilən parlament seçkisinin nəticələrinə görə, AKP-nin 258, CHP-nin 132, MHP-nin və HDP-nin 80 millət vəkili var. 

Qeyd edək ki, istər MHP-nin sədri, istərsə digər partiya üzvləri dəfələrlə verdikləri bəyanatlarla HDP ilə gizli – aşkar hər hansı bir şəkildə əməkdaşlıq və ortaq fəaliyyətlərinin olmayacağını vurğulayıblar. 

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.