İŞİD terror qruplaşmasının silahlıları UNESCO-nun Mədəni İrs Siyahısına daxil edilmiş Palmira şəhərinin qədim hissəsini minalayıblar.
“Onlar hələ ötən gün minalayıblar. Onlar həmçinin Roma teatrında da partlayıcı qurğu quraşdırıblar. Biz bunun səbəblərini hələ də bilmirik”.
Bu barədə Suriyanın SOHR hüquq müdafiəsi təşkilatının rəhbəri Rami Əbdülrəhman bildirib.
Qeyd edək ki, qədim qalıqları UNESCO-nun Mədəni İrs Siyahısına daxil edilmiş Palmira şəhəri İŞİD silahlılarının nəzarətinə mayın ortalarında keçib. Şəhəri tərk etməzdən əvvəl Suriya ordusu əhalinin böyük hissəsini, 11 minədək hərbi və siyasi cinayətkarı, habelə qiymətli tarixi eksponatları şəhərdən təxliyə edib.
İŞİD silahlıları münaqişə başlayandan bu vaxtadək Suriyanın mədəni irsinin 750-dək obyektini dağıdıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.