Bu il oktyabr ayının 1-nə Azərbaycan əhalisinin sayı 9 564,4 min nəfərə çataraq, ilin əvvəlindən 87,3 min nəfər və ya 0,9% artıb.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 110 nəfər olub. Hər 1000 nəfər kişiyə qadınların sayı 1011 nəfər təşkil edir. Əhalinin ümumi sayının 53,2%-i şəhər, 46,8%-i isə kənd sakinləridir.
Bu ilin yanvar-sentyabr ayları ərzində ölkədə 128,1 min körpə doğulub və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 17,9-dan 18,2-yə qədər artıb. Doğulanların 53,6%-ni oğlan, 46,4%ni isə qız uşaqları təşkil edir. Körpələrin 2 308-i əkiz, 48-i isə üçəm doğulub.
Bu ilin 9 ayı ərzində ölkədə 41,6 min ölüm halı qeydə alınıb və hər 1000 nəfər əhaliyə hesabı ilə bu göstərici 5,9 təşkil edib.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.