banner
banner

İdman

Badminton yarışlarının birinci günü başa çatıb - yenilənib

Badminton yarışlarının birinci günü başa çatıb -

İyunun 22-də Bakı İdman Sarayında badminton yarışlarına start verilib. Yarışlar qadınlar və kişilər arasında fərdi və cütlüklər üzrə keçirilib.

Cia.az-ın məlumatına görə, badmintonçumuz Kənan Rzayev birinci görüşdə Mişa Zibelmana məğlub olub (0:2). Badmintonçumuz bu nəticə ilə çıxış etdiyi “B” qrupunda sonuncu - dördüncü yerdə qərarlaşıb. O, növbəti görüşü iyunun 23-də maltalı Samuel Kaliyə qarşı keçirəcək.

Kişilər arasında cütlüklərin yarışında da "B" qrupunda mübarizə aparan Kənan Rzayev-Orxan Qələntərov türkiyəli Emre Vural-Sinan Zorlu dueti ilə qarşılaşmada rəqibə ciddi müqavimət göstərə bilməyib - 0:2. İdmançılarımız qrupda fransa təmsilçiləri ilə üçüncü-dördüncü yerləri bölüşdürürlər.

Badminton üzrə mübarizənin birinci günündə qadınlar arasında fərdi, cütlük və qarışıq komanda yarışları da keçirilib. Qadınların mübarizəsində Azərbaycan təmsil olunmayıb.

 

 
 


 

 

 

 

 

 

 

 

 

 

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.