banner
banner

Dünya

Ermənilərin aksiyası dağıdıldı

Ermənilərin aksiyası dağıdıldı

Ermənistanda başlayan "Talana son" şüarı ilə keçirilən böyük etiraz aksiyasının qarşısı alınıb.

Cia.az-ın məlumatına görə, azadlıq meydanına yığışaraq hökumətin istefasını tələb edən nümayişçilərə qarşı güc tətbiq edilib və saxlanılanların olduğu bildirilir. 

Elektrik enerjisi qiymətlərinin artırılmasına qarşı keçirilən oturaq aksiya səhər saatlarında İrəvan polisi tərəfindən dağıdılıb. 

Enerji tarifinin artımı ilə bağlı aksiya keçirənlər polisə müqavimət göstərməyə çalışsalar da, 15 dəqiqə ərzində hüquq-mühafizə orqanı əməkdaşları öz istəklərinə nail olublar. 

Qeyd edək ki, ötən gün axşam saatlarından etibarən Ermənistanın paytaxtı İrəvanda minlərlə etirazçı elektrik enerjisi qiymətlərinin artmasına qarşı çıxırlar. 

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.