banner
banner

Sosİal

Yol polisindən ciddi xəbərdarlıq!

Yol polisindən ciddi xəbərdarlıq!

“Bakıda asayişin qorunması, yol hərəkətində təhlükəsizliyin təmin olunması üçün bütün polis qüvvələri səfərbər edilib və gücləndirilmiş iş saatı ilə xidmətlərini davam etdirirlər”. Bunu Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovniki Vaqif Əsədov ANS PRESS-ə deyib.

O, qeyd edib ki, l Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar polis paytaxtda bütün əraziləri tam nəzarətə götürüb və zəruri tədbirlər həyata keçirilir: “Görülən tədbirlər Bakı şəhəri üzrə yol nəqliyyat hadisələrinin sayının aşağı düşməsinə, ölüm sayının azalmasına və xəsarət dərəcəsinin yöngülləşməsinə təsir göstərib. Yarışların keçirilməsi ilə əlaqədar xidmətə cəlb olunan əməkdaşlar zəruri tədbirlər həyata keçirir. Belə ki, parklanma və digər qaydaların pozulması, mövcud şəraitdən istifadə edib avtoxuliqanlıq hərəkətlərinə cəhd göstərilməsi, sərxoş vəziyyətdə avtomobilin idarə edilməsi, eləcə də polisin qanuni tələblərini yerinə yetirməyən, “oyunlar zolağı” ilə qanunsuz hərəkət edən sürücülərə qarşı mübarizə tədbirləri davam etdirilir”.

V.Əsədov bildirib ki, “Avropa Oyunlar Zolağı” üzrə nəqliyyatın sərbəst hərəkətinə mane olan və digər hərəkət iştirakçılarına qəza şəraiti yaradan, insanlara açıqca hörmətsizlik ifadə edən intizamsız sürücülərə qarşı mübarizənin daha effektli təşkil edilməsi məqsədi ilə ictimai qınaq metodlarından istifadə olunacağı barədə xəbərdarlıq edilib: “Bütün bu görülən işlərə baxmayaraq qəza şəraiti və digər xətalar törədən sürücülərə rast gəlinir. İntizamsızlığa meyilli olan sürücülər elə bilir ki, yol polisinin diqqəti yalnız paytaxtda keçirilən oyunlarla bağlı hərəkətin tənzimlənməsinə və tədbir iştirakçılarının təhlükəsizliyinin təmin olunmasına yönəlib. Amma belə düşünənlər yanılır. Çünki oyunlarla əlaqədar olaraq qaydaları pozan sürücülərə qarşı bəzən yerindəcə inzibati protokolların tərtib edilməsi mümkün olmasa da, müşahidə kameraları və yaxud monitorların qeydə aldığı foto və video materiallar əsasında cəza tədbirləri həyata keçirilir. İndiyədək təkcə I Avropa Oyunları Zolağına daxil olaraq hərəkət edən 1800-dən artıq sürücü məsuliyyətə cəlb edilib”.

Şöbə rəisi deyib ki, Bakı Şəhər BPİ DYPİ I Avropa Oyunları ilə bağlı vətəndaşlara müraciət edib: “Dünyanın diqqəti Bakıdadır deyə vətandaşlarımıza davranış qaydalarına, sanitar tələblərə əməl etməyi, yol hərəkəti və informasiya təhlükəsizliyinin təmin olunmasında üzərlərinə düşənləri yerinə yetirməyi, vətəndaş sayıqlığının və səmimiyyətinin artırılmasını, həmçinin ictimai nəzarətin göcləndirilməsini tövsiyə edirik. Sürücüləri və digər yol hərəkət iştirakçılarını intizamlı olmağa, xəta törətməklə təhlükə yaratmamağa, paytaxtda çoxsaylı xarici qonaqların olduğu bir dövrdə cəmiyyətə qarşı hörmətsiz yanaşmamağa çağırırıq”.

Bildirilir ki, belə çağırışlara məhəl qoymayan, ictimai qaydaları və əhalinin dincliyini nümayişkarcasına pozan sürücülərə qarşı qanunun tələblərinə uyğun ciddi şəkildə tədbirlər görüləcək: “Həmin şəxslərin kimliyi və törətdikləri əməllər barədə ictimaiyyətə məlumat veriləcək”.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.