Müğənni Emre Altuğ son paylaşdığı fotoda bir neçə ay əvvəl boşandığı model Çağla Şikelə eyham edib. Cia.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Çağla Bodrumda oğullarıyla etdyi tətildən fotoları İnstaqramda paylaşıb. Bunun ardından Emre profilində hovuz kənarında tək "şezlonq" fotosu qoyaraq yazıb:
"Tapın görüm, tək başına yetim qalan "şezlonq" kimindir? Təbii ki, mənim".
İstifadəçilər müğənninin bununla Çağlanın istirahət fotolarını işarə etdiyini və təkliyini vurğuladığını deyiblər.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.