Hər il iyun ayının 26-sı dünyada narkotikaya və narkobiznesə qarşı mübarizə günü kimi qeyd edilir. Son əsrlərin ən dəhşətli bəlası indi də cənub bölgəsində ən ağrılı sosial problemə çevrilib. Lənkəranda narkotik istifadəçilərinin sayında müşahidə olunan artım rayon rəhbərliyini və əlaqədar qurumları ciddi hərəkətə keçirib. Rayonda narkomaniyaya yox deyək devizi altında təşkil olunan elmi praktik konfransda səslənən rəsmi rəqəmlər cəmiyyətə həyəcan siqnalı olub.
Qeyd edək ki, Lənkəranda son 5 ildə narkoistifadəçilərin sayı iki dəfə artıb. Onlardan biri, 36 yaşlı Həmzə Məmmədov (şərti ad) deyir ki, bu bəlaya Rusiyada tutulub.
“Bu bəla maşını aldı, evi aldı. Əlimdə heç nə qalmadı”, - deyə Həmzə Məmmədov bildirib.
Həmzə zərərli vərdişdən xilas yolunu ailə qurmaqda görüb. Lakin ailə qurub və iki uşaq atası olsa da, narkotikdən yaxasını qurtara bilməyib. Hazırda Lənkəran rayonlararası Narkoloji Dispanserində müalicə alır. Onun kimi müalicə alanlarınn hamısı yenidən normal həyata qayıtmaq arzusundadır. Xəstəxananın baş həkimi Vüqar Əliyev deyir ki, narkotikə bulaşanların sayı durmadan artır.
“2010-cu ildə Lənkəranda 1235 nəfər narkotikdən istifadə edən qeydiyyatda durub. 2015-ci ilin 6 ayını da əlavə etdikdə bu rəqəm 2157 nəfər olur. Təxminən iki dəfə artım var. 5 il ərzində artımın əsas səbəbləri Lənkəranın tranzit yolun üstündə olmasıdır. Qonşu Asiya ölkələrinə yaxındir, sərhəd zonasında yerləşir”, - deyə Vüqar Əliyev bildirib.
Mütəxəssislər isə bu dəhşətli bəladan çıxış yolunu qabaqlayıcı prafilaktiki tədbirlərin görülməsində, ailə, məktəb, cəmiyyət birliyinin birgə səmərəli fəlaiyyətində görürlər.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.