Türkiyədə İstanbul – Brüssel reysi ilə hərəkət etməyə hazırlaşan təyyarədə iki dostun zarafatlaşması polis bölməsində baş çatıb. “Türk Hava Yolları”na (THY) aid təyyarə yerli vaxtla 19.15-də Brüsselə hərəkət etməyə hazırlaşarkən türkiyəli 2 sərnişin öz aralarında, təyyarədə bomba var – deyərək zarafat ediblər. Bunu eşidən stüardessa eşitdikləri barədə pilota məlumat verib. Pilot isə polis çağıraraq təyyarədə bomba axtarışı tələb edib. Polisin gəlməsi ilə 128 sərnişin təxliyyə olunub və təyyarədə axtarış aparılıb. Heç bir təhlükəli əşya tapılmayan təyyarə 2 saat 7 dəqiqəlik gecikmə ilə Brüsselə yola düşüb. İfadələri alınmaq üçün polis bölməsinə aparılan 2 sərnişin isə azadlığa buraxılsalar da təyyarəyə çatmayıblar.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.