Rusiya prezidenti Vladimir Putin dövlət başçısı işlərini kənara qoyub istrahət etmək qərarına gəlib. Putin istrahət üçün Altaya üz tutub. Bu barədə "FlashSiberia" xəbər verir. Mənbənin bildirdiyinə görə, burada onu gözəl malikanə və Altayın təmiz havası gözləyir. Qeyd olunur ki, Rusiya prezidentinin Altay respublikasının Onqudaysk rayonunda yerləşən malikanəsində qaldığı güman edilir. Bundan əvvəl Altay respublikasının informasiya siyasəti üzrə komitə sədri Vladimir Torbakov bildirib ki, prezident Altaya qeyri rəsmi səfər edir.
Torbakov isə əlavə edib ki, Altay prezidenti Aleksandr Berdnikovun ölkə başçısı ilə çay süfrəsi qarşısında görüşü olacaq.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.