Xəbərlər proqramını elə geyimdə təqdim etdi ki... - video
Kosovada yeni yayıma başlayan “Zjarr TV”nin “360 dərəcə” adlı xəbərlər proqramını təqdim edən aparıcının geyimi ölkənin gündəminə çevrilib. Cia.az “Hürriyət”ə istinadən xəbər verir ki, aparıcı Elyona Pitarkanın sinə dekoltesi reytinqləri alt-üst edib. Əyninə yalnız pencək geyinən aparıcı ölkə əhalisi ilə yanaşı, dünya müsəlmanları tərəfindən də sərt şəkildə tənqid olunub.
Efir zamanı gələn etirazlara baxmayaraq, yayımı kəsməyən“Zjarr TV”böyük məbləğdə reklam gəlirləri əldə edib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.