banner
banner

Dünya

Türkiyə tankları Suriya sərhədinə yeridildi

Türkiyə tankları Suriya sərhədinə yeridildi

Türkiyə Silahlı Qüvvələrinə məxsus tanklar və digər zirehli texnika Suriya sərhədinə yeridilib.
Tanklar Suriyanın Kobani şəhəri ilə üzbəüz yerləşdirilib. Son bir neçə gün ərzində burada nisbi sakitlik hökm sürsə də, Türkiyə tərəfində hərəkətlilik başlayıb. Bütün sərhəd xətti boyunca təhlükəsizlik tədbirləri görülüb, qırıcı təyyarələr də qırmızı həyəcan siqnalı vəziyyətinə gətirilib.

Tankların Suriya sərhədinə yeridilməsi Türkiyə Milli Təhlükəsizlik Şurasının Bakı vaxtı ilə saat 17:00-da başlayan fövqəladə iclası ərəfəsinə təsadüf etməsi diqqət çəkib. Hakim Ədalət və İnkişaf Partiyası»nın sədri və Baş nazir səlahiyyətlərinin icraçısı Əhməd Davudoğlu bildirib ki, Türkiyənin sərhəd təhlükəsizliyinə xələl gəlməməsi üçün hər cür ehtimala qarşı hazırlıq görülüb. 

Türkiyə mediyası Əhməd Davudoğlunun Suriyanın ölkəsi ilə sərhəd ərazilərinin PKK və İŞİD-in əlinə keçməsindən narahat olduğunu və orduya döyüş əmri verdiyini yazıb. 

Prezident Ərdoğan isə son açıqlamalarında Suriyanın Türkiyə ilə sərhəd ərazilərində yeni bir dövlətin meydana çıxmasına imkan verməyəcəklərini deyib.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.