Türkiyənin yeni seçilmiş millət vəkilləri parlament sədrini seçə bilməyiblər. Türkiyə parlamentinin spikerinin seçilməsi üçün keçirilən seçkilərin birinci və ikinci turları başa çatıb.
Belə ki, birinci turda Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi İsmət Yılmaz ikinci turda 256 səs, Cümhuriyyət Xalq Pariyasının (CHP) namizədi Dəniz Baykal 128 səs, Milliyətçi Hərəkat Partiyasının (MHP) namizədi Ekmələddin İhsanoğlu 80 səs, Xalqların Demokrat Partiyasının (HDP) namizədi Dengir Mir Mehmet Fırat 80 səs toplayıb.
İkinci turda heç bir namizəd zəruri sayda səs toplamayıb.
Sabah səsvermənin üçüncü və dördüncü turları keçiriləcək.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.