banner
banner

Sağlamlıq

Xurmanın çoxsaylı faydaları

Xurmanın çoxsaylı faydaları
Araşdırmalar xurmanın ürək damar xəstəliklərindən və xərçəngdən qorunmaqda əhəmiyyətini ortaya qoyub. Türk yazıçı Mehmet Altanın "Səhradan gələn şəfa - xurma" adlı əsərində bu meyvənin  faydaları sadalanıb.  
 
Xurmanın tərkibindəki fosfor, beynin ehtiyaclarını qarşılayır. Yorğunluğa faydalıdır. Xurmanın əsəb sinir sistemini rahatladan bir xüsusiyyəti də var. B1 və B2 vitaminləri vardır ki bunlar da zehni və sinir sistemini rahatladıcı xüsusiyyəti ilə diqqət çəkir. Meyvə olaraq ən yaxşı sinə dərmanıdır. Bəlğəmə, nəfəs borusuna və öskürəyə faydalıdır. Xurma damarları yumşaldır və sərtliyin qarşısını alır. Qanı təmizləyir və təzyiqi tənzimləyir. Qəhvə və yağ qandakı xolestrolu yüksəldir. Ərəblər bol miqdarda qəhvə istifadə etsələr də araşdırmalarda ərəblərdə xolestrolun olmadığı qeydə alınmışdır. Səbəbi isə ərəblərin qəhvə və digər yeməklərin yanında mütləq xurma istifadə etmələri ilə izah olunur. Xurma böyrəklərin yuyulmasına yardım edərək böyrəyin fəaliyyətinə köməkçi olur. Məsanə (sidik kisəsi) və böyrək iltihabında şəfalıdır. Xurmanın suyu böyrək daşlarının parçalanmasına kömək edir. 6-7 xurma parçalanaraq bir stəkan suya qoyulur və bir neçə saat sonra süzülüb isidilərək gündə iki dəfə içilərsə 15 gündə böyrək daşını əridər.    
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.