banner
banner

Sosİal

Azərbaycanda "WhatsApp"dan istifadə məhdudlaşdırıldı

Azərbaycanda "WhatsApp"dan istifadə məhdudlaşdırıldı
Son günlər Azərbaycanda mobil rabitə operatorlarının abunəçiləri arasında “WhatsApp” proqramından istifadədə problemləri yaşanır. 
Problem mobil internet üzərindən “WhatsApp”dan istifadə edən “Azercell Telecom” və “Azerfon” ("Nar") müştərilərində müşahidə olunur.
Belə ki, son bir neçə gündə, sözügedən operatorların istifadəçiləri mobil internet vasitəsilə “WhatsApp” üzərindən zəng xidmətindən istifadə edə bilmirlər. Məsələ ilə bağlı hər iki mobil operatorun mətbuat xidməti ilə əlaqə yaratdıq və problemin səbəbini öyrənməyə çalışdıq. 

"Azercell" tərəfindən "WhatsApp" əlavəsinin istifadəsinə heç bir məhdudiyyət qoyulmayıb və bununla bağlı şəbəkəmizdə heç bir problem qeydə alınmayıb. Şirkətimiz bu proqramdan istifadə üçün yalnız mobil internet şəbəkəsini təmin edir və bu əlavədən istifadə zamanı baş verən nasazlıqlar üçün heç bir məsuliyyət daşımır", - deyə “Azercell”in mətbuat xidmətindən bildirilib.

“Nar”dan da heç bir zəng məhdudiyyətinin tətbiq olunmadığı qeyd olunub:
 
"Problemin kökü konkret telefonun əməliyyat sisteminin yenilənməməsi ilə bağlı ola bilər".

"Report" məsələ ilə bağlı müstəqil İT ekspertinə müraciət edib və o, "WhatsApp" proqramının müxtəlif funksiyalarının mobil operatorlar tərəfindən süni şəkildə məhdudlaşdırılmasını texniki cəhətdən mümkün sayır.

"WhatsApp" üzərindən aparılan zənglərindəki məhdudlaşdırma "WhatsApp Call" funksiyası ilə bağlantıya cavabdeh olan portların operatorlar tərəfindən bloklaşdırılması ilə bağlıdır. Lakin proqramın digər funksiyaları problemsiz işləyir", - deyə ekspert vurğulayb.

Bununla yanaşı, İT mütəxəssisi mobil abunəçilərə bu problemin ən optimal həll variantını da məsləhət görüb: 

"Operatorların qanunsuz yaratdığı bu məhdudiyyəti VPN proqramlardan ("Hotspot Shield VPN" və s.) istifadə etməklə aşmaq mümkündür. Bu qrup proqramlardan istifadə mobil operatorun müxtəlif portları bağlamasını mümkünsüz edir". 

Qeyd edək ki, “WhatsApp” üzərindən zəng edən tərəflərdən biri bu iki mobil operatordan hər hansı biridirsə, onda əlavənin zəng xidmətindən istifadə etmək mümkün deyil. Lakin "Bakcell"in abunəçiləri arasında bu problem yaşanmır.

Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.