banner
banner

Sosİal

Nazirlikdən "WhatsApp”la bağlı - AÇIQLAMA

Nazirlikdən "WhatsApp”la bağlı -

"Azərbaycanda  “WhatsApp” messencerinin işində müşahidə olunan problemlərin ölkənin mobil rabitə operatorları və  rabitə administrasiyası ilə bağlılığı yoxdur"
Cia.az-ın məlumatına görə, bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi saytında yer alan açıqlamada xəbər verilir.

Bildirilib ki, nazirlik mobil şəbəkə üzərindən fəaliyyət göstərən proqram əlavələrinin istifadəsinə qadağa qoymaq niyyətində deyil:

"Tənzimləyici orqan olaraq nazirlik texnologiyaların və innovasiyaların inkişaf etdirilməsi tərəfdarıdır.

 Azərbaycanda internet azaddır və bu gün ölkədə 3 mobil operator və 40-dan çox internet provayder fəaliyyət göstərir. Bu tip xidmətlərin qarşısının alınması inkişafın qarşısını almaq anlamına gəlir və belə bir məsələ nazirliyin prioriteti ola bilməz.
 
Ölkədə fəaliyyət göstərən mobil operatorlar məşhur tətbiqlər vasitəsi ilə bu gün mobil rabitə operatorlarının şəbəkəsi üzərindən pulsuz yazılı, səsli mesajların mübadiləsinin aparıldığını,  hətta artıq səsli və görüntülü data məlumatlarının ötürülməsinin mümkünlüyünü qeyd edirlər.
 
Hazırda ölkədə mobil internet istifadəçilərinin sayı günü-gündən artır və  bu cür servislər sayəsində istifadəçilər mobil  internet trafikindən daha çox  istifadə edirlər. Nəticə olaraq operatorlar səsli mobil rabitə xidmətlərindən əldə etdikləri gəlirləri itirsələr də, data xidmətlərindən əldə etdikləri gəlirlər bunu ödəyir. Belə olan halda hər hansı bir mobil tətbiqin məhdudlaşdırılması mobil operatorun maraq dairəsinə daxil ola bilməz.
 
“WahtsApp”ın işində problemlərin yaranması haqda məlumatları şərh edən yerli mobil operatorların təmsilçiləri bu problemlərin onların şəbəkəsi ilə bağlı olmadığını qeyd edib.
 
Araşdırma nəticəsində məlum olub ki, hazırda “WhatsApp” messenceri Böyük Britaniya, Almaniya, İtaliya, Fransa, İspaniya kimi inkişaf etmiş ölkələrdə, eləcə də Cənubi Amerika, Hindistan, Avstraliyada problemlərlə işləyir və ya ümumiyyətlə işləmir.
 
“www.kazhdysboy.ru”  saytında dərc olunmuş xəritədə mobil tətbiqdə problem qeydə alınan ölkələr göstərilib.
 
Xəritədə sarı rənglə nasazlıqların müşahidə olunan ölkələr arasında Azərbaycanın da adı var. Ölkəmizdəki problemin mövcudluğu ilə bağlı ştrix xətt digər Avropa ölkələrinə nisbətən daha açıq sarı rənglə əks edilib.
 
Qeyd edək ki, problemlər digər ölkələrdə artıq iyun ayının 18-dən etibarən müşahidə olunur.
 
“WhatsApp” — smartfonlar üçün nəzərdə tutulmuş prioritet messencerdir. Servis mətnli mesajlar, təsvirlər, video və audio fayllar göndərməyə imkan verir".

 Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.