Klinton Davudoğlunu belə çağırır: yazışmalar yayıldı
ABŞ Dövlət Departamenti sabiq dövlət katibi Hillari Klintonun heç vaxt paylaşılmayan elektron məktublarını açıqlayıb. Məktublarda daha çox Klintonun xarici ölkə liderləri və bir sıra nüfuzlu şəxslərlə yazışmaları yer alıb.
E-poçtlarda bəzi maraqlı detallar da göstərilib. 2009-cu ilin 20 sentyabrında Klinton köməkçisinə "Saraya zəng elə və ondan mənə buzlu çay gətirib-gətirməyəcəyini soruş" yazıb.
Sabiq dövlət katibinin elektron məktublarında ən diqqət çəkən məqam isə Türkiyənin sabiq xarici işlər və baş naziri Əhməd Davudoğluna müraciətidir. 2009-cu ildə Türkiyə ilə Ermənistan arasında imzalanan protokoldan əvvəl Klintonun yazışmaları da açıqlanıb.
O dönəmdə bövlət katibinin müavini olan Filip Gordon göndərdiyi bir e-mail-də o dövrdə Türkiyənin xarici işlər naziri vəzifəsində çalışan Əhməd Davudoğluna bunları yazıb: "Ermənistan tərəfi razı olsa açıqlama sabah veriləcək".
Klintonun da Davoudoğlu ilə yazışmaları yayımlanıb. Yazışmalarda Klinton Davudoğluna hər müraciətində "Davu" deyə xitab edir.
Bu noktada Clinton'ın taraflarla telefon görüşmesi yapması noktasında birçok yazışmalarının olduğu da görüldü.
Hillari Klintonun yalnız 2012-ci ilin may ayında 300-dən çox elektron məktubu yayımlanmışdı.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.