Güllələnən müğənninin anası: "Bütün günü ağlayır ki..."
Türkiyədə sevgilisi tərəfindən güllələnən müğənni Mutlu Kaya şikəst qalacağı qorxusuyla bütün günü ağlayır. "Sesi çox güzel" yarışması ilə məşhurlaşan 19 yaşlı Mutlu 38 gün reanimasiyada yatdıqdan sonra sağalmayacağı üçün qorxmaya başlayıb.
Palataya köçdükdən sonra hər kəsi sevindirən gənc qız son günlər ağlamağa başlayıb. Danışmaqda çətinlik çəkən ifaçı yemək və içməkdən kəsildiyi üçün arıqlayıb.
Anası qızının ayağa qalxması üçün bir an öncə "GATA" xəstəxanasına transfer olmasını və fiziki müalicə görməsini istəyir:
"Hələ ki köçürülmə əməliyyatı başlamayıb. Şikəst qalacağı qorxusuyla bütün günü ağlayır. Sakitləşdirə bilmirəm".
O, qızını yarışmaya aparan müğənni Sibel Candan incidiyini deyib:
"Qızım vurulduqdan sonra xəstəxanaya gəlib baş çəkdi, yanımızda olacağını dedi. Amma sonra nə zəng vurdu, nə də soruşdu".
Maddi vəziyyəti yaxşı olmadığı üçün M.Kaya üçün hesab açılıb. Lakin 10 gün ərzində cəmi 223 lirə(88 manat) pul yığılıb. Bu səbəbdən baş nazir Əhməd Davudoğluya müraciət edilib və müalicə üçün lazım olan hər şeyi dövlət edəcək.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.