Böyük Britaniyanın BP (Britiş Petrolium) neft şirkəti Meksika Körfəzində baş vermiş qəza ilə əlaqədar ətraf-mühitin çirklənməsinə görə Amerika Birləşmiş Ştatlarına 18,7 milyard dollar kompensasiyası ödəyəcək. 2010-cu ildə şirkətə aid neft buruğu platformasında baş vermiş partlayış nəticəsində 11 nəfər ölmüş və Meksika Körfəzinə 4.9 milyon barel neft sızmışdı. BP-nin ödəyəcəyi cərimə isə, şirkət tarixində rekord məbləğ hesab olunur. Kompensiyanın tam ödənilməsi üçün şirkətə 18 ay vaxt verilib. 2014-cu ildən etibarən Amerika hökuməti BP şirkətinin yerli firmalar ilə tenderlərdə iştirak etməsinə icazə verib
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.