banner
banner

Sosİal

Gənclər niyə passivləşib?

Gənclər niyə passivləşib?
Ermənistanda yarım aya yaxındır davam edən etiraz aksiyaları səngimək bilmir. Mitinqlərdə öndə gedən gənclikdir. Qonşu ölkədə baş verən prosesdə gənclik fəal olsa da, Azərbaycanda gəncliyinin tamam passiv vəziyyətdə olduğu göz önündədir.
 
Beş il öncə olan gənclik indi yox dərəcəsindədir. Doğrudur, baş verən təzyiq, həbslərin bu vəziyyətin yaranmasında az rolu olmadı. 
 
9 aydır sədr postu boş qalan Müsavat Gənclər Təşkilatının (MGT) keçiriləcək konfransı ilə bağlı yaradılmış Təşkilat Komitəsinin üzvü Əbülfəz Sadıqbəyli ilə bu kontekstdə söhbət etdik.
Təşkilat Komitəsinin üzvü konfransa hazırlaşdıqlarını bildirdi: “Müsavat Gənclər Təşkilatının ümumi yığıncağa hazırlıq işləri davam edir. Bu həftə ümumi yığıncağa hazırlıq üzrə təşkilat komitəsinin iclası oldu. Görülmüş işlər, gəldiyimiz məsafə və planlarımız müzakirə olundu. Bildiyiniz kimi, şuranın qərarı ilə bütün rayon təşkilatlarının gənclər özəkləri buraxılıb və hal-hazırda yenidən qurulur. Tətil olduğu üçün gənclərimizin bir hissəsinin bölgələrdə, istirahətdə olduğunu nəzərə alsaq, çox güman ki ümumi yığıncaq sentyabr ayında baş tutacaq”.
Ə.Sadıqbəyli MGT-nin qarşıdan gələn parlament seçkiləri ilə bağlı planlarından da söz açdı: “ Parlament seçkilərinə gəldikdə isə, Müsavat Gənclər Təşkilatından hələ ki millət vəkilliyinə namizədliyini irəli sürən yoxdur. Təbii ki, seçki məntəqələrində bütün gənclərimiz müşahidəçi və məşvərətçi kimi iştirak edib, seçkilərin şəffaf keçməsi üçün əllərindən gələni əsirgəməyəcəklər”.
 
Təşkilat Komitəsinin üzvü Ermənistanda davam edən aksiyalara da toxundu: “Dinindən, irqindən, yerləşdiyi coğrafiyasından asılı olmayaraq, hər bir xalqın öz haqq və hüquqları uğrunda mübarizə aparması sevindirici haldır. İnsanlıq adına çox gözəl nümunədir. Hər kəs kimi, mən də mətbuatdan izləyirəm Yerevanda baş verənləri. Xalqın möhkəm əzmlə mübarizə apardığının şahidi oluram. Məni sevindirən əsas amillərdən biri də, diktatorların dünənə kimi xalq qarşısında etdiyi əmələ haqq qazandırmağa çalışıb, bu gün geri çəkilməsidir. Ermənistan hakimiyyəti bunun bariz nümunəsidir. Azərbaycanı Ermənistanla müqayisə etmək doğru olmaz. Amma qeyd etmək lazımdır ki, hər iki ölkə rəhbərliyində ciddi nöqsanlar var və əhalinin yaşayış tərzi çox aşağı səviyyədədir. Niyə onlar etiraz edir, biz yox sualına cavab olaraq isə, onu deyə bilərəm ki, Azərbaycanda da vəziyyət günü gündən daha çətin forma alır, xalq səsinin eşidilməməyindən, laqeydlikdən yorulub, bezib və görünən budur ki, hakimiyyət xalqın rifahı üçün, xalqın maraqlarına əks etdirən islahatlara getməsə, çox yaxın vaxtlarda xalq vulkan kimi püskürüb, öz etiraz səsini ucaldacaq”.
Əbülfəz Sadıqbəyli Azərbaycan gəncliyinin passiv olması fikri ilə razılaşmır: “Ölkədə siyasi susqunluğun olduğunu nəzərə alsaq, gəncliyi istər fərd olaraq, istərsə də, təşkilat olaraq hər hansısa bir sönüklükdə, passivlikdə, biganəlikdə günahlandırmaq olmaz. Ümumiyyətlə, gəncliyin sönük olması fikri ilə razı deyiləm, heç zaman da olmayacam. Mən də gəncəm. Gəncliyin sönük olduğunu düşünsəm, o zaman mənim burda işim nə?”
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.