Əməkdar artist Rühəngiz Musəvi həmkarlarından şikayətlənib. Müğənni “Yeri gəlmişkən” verilişində onun geyimlərinin ələ salındığını bildirib: “Qəlbi qırmaq günahdır. Mənim qəlbimi o qədər qırırlar ki, hamısın içimdə saxlayıram, üzlərinə vumuram. Amma soyuqluğu insana hiss etdirirəm. Sadəliyi sevirəm. Bir dəfə çəkilişə getmişdim. Həmkarım mənim geyimimə söz atdı ki, “Bu nədi geyinmisən?”. Geyimimə lağ edirlər. Ola bilər ki, paltarım bahalı deyil, amma mənə yaraşır. Gərək hamı kimi zərli geyinim? İnciməsinlər məndən, müğənnilərin hamısı zər-zibalı geyimləri ilə “inqubator”a bənzəyirlər. Heç vaxt o parıltılı paltarlardan istifadə etmərəm”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.