banner
banner

Sosİal

Bakıda yol çökdü- Fotolar+Deputat söz verdi

Bakıda yol çökdü-

Nəsimi rayonu Rəsul Rza küçəsi 74 ünvanında yaşayan 7 ailə “qafqazinfo"ya müraciət edib. 

Sakinlərin sözlərinə görə, həyətlərinin giriş hissəsi tamam çöküb: “Çökən hissənin altı 5-6 metr dərinliyində yarğandır. Həyətə yeganə giriş-çıxış yolumuz çökdüyü üçün vəziyyət çox acınacaqlıdır. Problemlə bağlı müraciət etmədiyimiz təşkilat qalmayıb. Gəlib baxıb, şəklini çəkib gedirlər. Amma problem hələ ki qalır”. 

Məhəllə sakini Kifayət Həsənova qeyd edib ki, həyətin uşaqlı ailələri hər hansı bir xətadan qorunmaq üçün başqa yerdə müvəqqəti ev tutublar: “Nə çörək ala bilirik, nə də su. Qonşular yarğanın üstünə qoyulan dəmir nərdivandan akrabatik hərəkətlərlə o tərəf, bu tərəfə keçir. Biz FHN-ə də, Nəsimi rayon İcra hakimiyyətinə də, jekə də müraciət etmişik. Jek deyir ki, mənzillər özəlləşdirilib, özünüz təmir edin. Küçəni biz düzəltməliyik ki? Yaranmış fövqəladə hal nəticəsində həyətin içməli su borusu da partlayıb. Su çökmüş yarğana axdığı üçün ailələr neçə gündür susuz qalıb. Biz öz deputatımız Ziyad Səmədzadəyə səslənirik ki, bu problemin həllində bizə köməklik etsin. İllərdir ki, heç kim bizimlə maraqlanmır”. 

Qeyd edək ki, sözügedən müraciətlə bağlı deputat Ziyad Səmədzadə ilə əlaqə saxlanıb, deputat bildirib ki, problemin həlli istiqamətində həftənin birinci günü Nəsimi rayon İcra Hakimiyyəti ilə danışıqlar aparacaq. 

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.