DİN-dən dənizdə batan xilaskar polislə bağlı- Açıqlama
Daxili İşlər Nazirliyi iyulun 3-də bir polis əməkdaşının dənizdə batması hadisəsinə aydınlıq gətirib.
Cia.az xəbər verir ki, DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib ki, DİN-in daha bir əməkdaşı insanların təhlükəsizliyi naminə növbəti qəhrəmanlığa imza atıb: "Çox təəssüf ki, o, bu zaman öz həyatını da itirib. Belə ki, iyulun 3-də saat 20 radələrində Suraxanı Rayon Mühafizə Şöbəsinin əməkdaşı, polis serjantı Zaur Nurəliyev xidmətdən sonra öz ailə üzvləri ilə birlikdə Xəzər rayonu ərazisindəki Şüvəlan dəniz çimərliyində olarkən iki nəfərin suda boğulduğunu görüb".
E.Zahidovun sözlərinə görə, polis əməkdaşı dərhal, tərəddüd etmədən onları xilas etmək üçün özünü suya atıb: "Boğulmaqda olanlardan birini ölümün pəncəsindən qurtaran polis, onu sahilə çıxarıb və yenidən geri qayıdıb. Bu dəfə artıq yorulmuş və taqətdən düşmüş xilaskar polis, boğulmuş ikinci şəxsi sahilə qədər gətirə bilməyib, onunla birlikdə suda boğularaq öz həyatını da itirib...
Hadisə yerinə gələn xilasedicilər öz qəhrəmanlığı ilə bütün gənclərimizə örnək olan polis serjantı Zaur Nurəliyevin və onun köməyinə getdiyi Bakı şəhər sakini Səfər Səfərlinin meyitlərini sudan çıxararaq böyük ehtiramla və eyni zamanda dərin təəssüf hissi ilə öz yaxınlarına təhvil veriblər".
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.