banner
banner

Dünya

İrana məxsus pilotsuz təyyarə vuruldu

İrana məxsus pilotsuz təyyarə vuruldu

İraqda İrana məxsus «Mohajer-4» pilotsuz təyyarə vurulub.

APA-nın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Diyala yaşayış məntəqəsi yaxınlığında pilotsuz təyyarənin dağılmış planeri tapılıb.

Aparat vurulduqdan sonra paraşütlə məcburi enmə həyata keçirib.

Təyyarənin İŞİD terrorçu qruplaşması tərəfindən vurulduğu bildirilir.

Qeyd edək ki, «Mohajer-4» 150 kilometr hərəkət radiusuna malikdir, 7 saat uça bilir. Aparatın uçuş hündürlüyü 4500 metr, kreyser sürəti isə 200 km/saat təşkil edir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.