Müğənni Sertab Erener gitaraçı Emre Kula ilə ailə qurub. Cia.az-ın "Hürriyet"ə istinadən məlumatına görə, Seferihisar bələdiyyəsində 4-5 nəfərin iştirak etdiyi nikah mərasimindən sonra cütlük elə həmin şəhərdə də tətil edəcək.
Sürpriz bir şəkildə ailə quran cütlük bu ani qərarı ailələrinə də xəbər vermədən həyata keçiriblər.
Qeyd edək ki, S.Erener keçən il evli olduğu müğənni Demir Demirkandan boşanmışdı.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.