banner
banner

Şou

“Dedi ki, “ayrılsan, səni öldürərəm”” - Məşhur aktrisadan şok açıqlamalar

“Dedi ki, “ayrılsan, səni öldürərəm”” -

Yoldaşı Serkan Uçardan boşanmaq üçün məhkəməyə ərizə verən məşhur aktrisa və aparıcı Ece Erken ərinin onu ölümlə hədələdiyini deyib. 

İki ay əvvəl uşaqları olan cütlüyün evliliyi üzərində qara buludlar gəzir. Məhkəməyə ərizə verən aparıcı bildirib ki, əri boşandığı təqdirdə onu öldürəcəyini deyib. Erkənin iddialarına görə, hamiləlik zamanı yoldaşı tərəfindən döyüldüyü üçün dəfələrlə xəstəxanaya aparılıb, hətta uşağını itirmək təhlükəsi ilə üzləşib. Hər dəfə üzr istəyən yoldaşı ilə evliliyini artıq davam etdirə bilməyən aparıcı tez-tez polisə zəng etmək məcburiyyətində qaldığını da vurğulayıb. Məhkəməyə verdiyi ərizədə yoldaşının onu və ailəsini təhqir etdiyini yazan Erken bildirib ki, neçə gündür telefonuna “ayrılsan, səni öldürərəm” , “əvvəl səni, sonra özümü öldürəcəm” mesajları gəlir.

Qorunmaq üçün məhkəməyə müraciət edən Ece ərinin ona və uşağa yaxınlaşmaması üçün lazımi bütün tədbirlərin alınmasını xahiş edib. Məhkəmənin qərarına görə, Uçar 3 ay müddətində yoldaşına yaxınlaşa, ona təhqir və yaxud alçaldan hər hansı söz deyə bilməz. 

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.