Nazir təhsil sistemində sturuktur dəyişikliyi barədə - əmr imzaladı
Təhsil naziri Mikayıl Cabbarov xüsusi təhsil məsələləri barədə əmr imzalayıb.
Nazirlikdən Cia.az-a verilən xəbərə görə, məqsəd xüsusi və inklüziv təhsilin keyfiyyətinin təminatı istiqamətində tədbirlərin davam etdirilməsidir.
Əmrə əsasən, xüsusi, inteqrasiyalı və inklüziv təhsil üzrə elmi-tədris-metodiki rəhbərlik De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinə həvalə olunacaq, de-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin Sosial işin təşkili və statistika şöbəsinin adı dəyişdirilərək Xüsusi təhsil şöbəsi adlandırılacaq.
Həmçinin, Sosial işin təşkili və statistika şöbəsinin funksiyaları De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin Dövlət uşaq müəssisələri və alternativ xidmətlər üzrə şöbəsinə verilmələcək. Eyni zamanda, Respublika Psixoloji-Tibbi-Pedaqoji Komissiyası 1 (bir) ay müddətində 2012-2014-cü illər ərzində fəaliyyət istiqamətləri üzrə görülən işlər barədə Təhsil Nazirliyinə hesabat təqdim etməlidir. Bundan başqa, De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin müdiri Məlahət Hacıyevaya tapşırılıb ki, 3 ay müddətində xüsusi təhsilin təkmilləşdirilməsi, o cümlədən Psixoloji-Tibbi-Pedaqoji Komissiyasının tərkibinə dair təkliflərini rəhbərliyə təqdim etsin.
Əmrin icrasına nəzarət nazirliyin Aparat rəhbəri Mətin Eynullayevə həvalə olunub.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.