banner
banner

Sosİal

“Bundan sonra belə olmayacaq” – Telekanallara son xəbərdarlıq

“Bundan sonra belə olmayacaq” –

“Son zamanlar şou proqramlarda belə bir dəb düşüb. İki nəfər qonağı qladiator kimi atırlar ortaya. Onları döyüşdürürlər, vuruşdururlar. Özləri də kənardan baxıb gülürlər ki, alındı. Bu cür yaramaz”. 

Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədr müavini Qafar Cəbiyev deyib. Sədr müavini bildirib ki, haqqında ciddi tədbir görüləcək verilişlərin sayı günbəgün artmaqdadır: “Həmin verilişlərin sayı kifayət qədər çoxdur. Daha bir səhv, daha bir pozuntu artıq həmin verilişlə bağlı ciddi tədbir görülməsinə gətirib çıxaracaq. Biz indiyə kimi telekanallara şifahi şəkildə xəbərdarlıq etməklə kifayətləndik. Artıq bundan sonra belə olmayacaq”.

 Q. Cəbiyev qeyd edib ki, şou proqramlara cavabdeh olan şəxslər lazımi səviyyədə verilişlərə nəzarət etmir: “Görünür son vaxtlar telekanallarda efirə gedən şou verilişlərə montaj zamanı redaktorlar, məsləhətçilər, veriliş üçün cavabdeh olan insanlar lazımınca nəzarət etmirlər. Efirdə aparıcı və ya qonaq səhv edə bilər. Bəs verilişi hazırlayıb efirə buraxanlar? Əsas məsuliyyət onların üstündədir. Montaj, redaktə nədən ötrüdür? Elə “Space”dəki məlum hadisəni götürək. Axı həmin veriliş canlı deyildi. Həmin hissəni kəsə, redaktə edə bilərdilər ki, həmin hissə heç efirə getməzdi”.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.