Türk futbolçu Arda Turanın "Barselona"ya transfer olması gündəmi zəbt edib. Bu mövzuyla əlaqədar olaraq 28 yaşlı Ardanın keçmiş sevgilisi, aktrisa Sinem Kobal da sosial şəbəkələrdə müzakirə olunmağa başlayıb.
Ən çox yazılan şərhlərdən biri isə Sinemin Şakira ilə rəfiqə ola biləcəyi şansını qaçırması haqdadır. Belə ki, "Barselona"nın digər oyunçusu Jerard Pike uzun müddətdir ki, Şakira ilə bir yerə yaşayır və onların 2 uşağı var.
İstifadəçilər Tvitterdə Ardanın yeni klubundakı Pike ilə dost ola biləcəyini və ailəcə yaxınlaşacağını ehtimal edərək S.Kobalın böyük şans itirdiyini yazıblar.
Bütün bunlardan sonra Şakira dünən Tvitterdə türklərin ən çox adını çəkdiyi məşhurlardan idi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.