banner
banner

Dünya

Türkiyə turizminin rus “itkisi”

Türkiyə turizminin rus “itkisi”

Qonşu ölkənin istirahət mərkəzlərini bəzəyən turistlər niyə qeybə çəkilib?

Türkiyə turizmi həm də rus turistlərin hesabına qızıl günlərini yaşayıb. Görənlər bilir: Antalya, Bodrum, Quşadası, Alanya... istirahət mərkəzləri Rusiyadan gələnlərin hesabına aşıb daşırdı. Amma bu ildən vəziyyət xeyli fərqlidir. 

“Sputnik”in xəbərinə görə, Türkiyəyə Rusiyadan gələn turistlərin sayında may ayından etibarən bir azalma müşahidə olunub. İlk rəqəm 28 faizdir. Rusiyadan gələn turistlərin sayı normaldan 200 min nəfər azdır. 
 
Gəlişlərdəki azalma səbəbi Rusiyada yaşanan maliyyə problemləridir. Rublun dəyərdən düşməsi ilə paralel ötən ilin noyabr ayından etibarən Türkiyəyə Rusiyadan gələn turistlərin sayında bir azalma müşahidə olunur. Rusların ən çox sevdiyi istirahət bölgəsi Antalya olsa da, artıq bura gələn turist sayı 40 faiz azalıb. Daha bir maraqlı fakt isə ondan ibarətdir ki, Türkiyə Rusiyadan Türkiyəyə turist daşıyan təyyrələr üçün turoperatorlara hər təyyarə üçün 6 min dollarlıq yanacaq dəstəyi verir. 
 
Turizmin paytaxtı Antalya isə Rusiyadakı iqtisadi böhranın təsirlərini mövsümün açılması ilə daha çox hiss etməyə başlayıb. İlk 5 ayda 10 faiz olan geriləmə, iyundan etibarən özünü daha qabarıq göstərib. Artıq turistlərin sayında 15 faizlik bir azalma var. 
Rusiya bazarında keçən illə müqayisədə 32.4 faizlik itki yaşanıb. 
 
Türkiyə daxili statistikası isə göstərir ki, ilin 5 aylıq dönəmində xarici ziyarətçi sayı 2 milyon 494 minə qədər azalıb. Beləcə Antalya yeni ildən bu günə qədər 300 min xarici turist itirib. 
 
Rus turist sayı isə 802 mindən 542 minə qədər geriləyib. Turizmçilər ötən illə müqayisədə bu il yüzdə 30, yəni 900 min - 1 milyona yaxın azalma təxmin etdiklərini bildirib. Bu isə təxminən 2 milyon dollar məbləğində gəlir itkisi deməkdir. 
 
Rusiya Federal Turizm Agentliyinə görə, ötən ilin ilk dörd aylıq zaman kəsiyində 3 milyon 180 min ölkə xaricinə istirahətə getdiyi halda, bu ilin eyni dönəmində bu rəqəm 1 milyon 900 minə qədər geriləyib. 
 
Rusiya Federal Turizm Agentliyinin rəhbəri Oleq Safanov deyib ki, Rusiyadan ölkə xaricinə gedən insanların sayında azalma bu il də özünü göstərməkdə davam edəcək. Rəqəmlərin minimuma qədər azalacağı gözlənilir. 
 
Rusların maliyyə böhranı ucbatından xaricə səyahət etməməsi onların xarici pasport almamasında da özünü göstərir. Belə ki, ölkənin daxili işlər nazirliyindən verilən məlumata görə, ötən ilin hazırkı dönəmi ilə müqayisədə xarici pasport alanların ümumi sayında 44.5 faiz azalma müşahidə olunur. 
 
2014-cü ildə Rusiyanın 4,38 milyon vətəndaşı Türkiyəni ziyarət edib. Bu ilin ilk rübündə isə Türkiyəyə turist kimi gedən Rusiya vətəndaşlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 26 faiz azalıb. 
 
Turizm mövsümünün başlanması ərəfəsində artıq rusiyalı turistlər “isti turları” öncədən sifariş etməyə başlayıblar. Bu barədə Bodrumda ənənəvi turizm mövsümünün açılışında Türkiyə Səyahət Agentlikləri Birliyinin(TURSAB) rəhbəri Başaran Ulusoy bildirib: “Böhranın törətdiyi fəsadlar getdikcə aradan qalxmaqdadır. Hazırda öncədən səyahət paketlərini sifariş edənlər ən çox Rusiyadan olan turistlərdir. Ümidvarıq ki, turist sayı ötənilki göstəricilərə çatacaq.” 
 
Qeyd edək ki, bu ilin fevral ayında Türkiyənin baş naziri Əhməd Davudoğlu hökumətin böhrandan əziyyət çəkən turizm biznesində fəaliyyət göstərən, Rusiya və digər dövlətlərin aviadaşıyıcılarına kredit və dotasiya ayırmaq niyyətində olduğunu bildirmişdi. 
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.