"Dilini kəsib, evində otursun" - aparıcının qayınatası
Aparıcı Ece Erkenin boşanma ərəfəsində olduğu həyat yoldaşı Sərkan Uçarın onu ölümlə hədələdiyi iddiası ilə bağlı ərizəsinə qayınatası Nurəddin Uçar münasibət bildirib. İş adamı deyilənlərin əsassız olduğunu, keçmiş gəlini tərəfindən oğluna böhtan atıldığını söyləyib: “Hələ lap əvvəldən bu evlilik uzun müddət davam edə bilməz demişdim. Eceni gəlinim kimi görmürdüm. Amma oğlum əl çəkmədi, evlənəcəyəm dedi, biz də razılaşdıq. İndi isə Ece oğluma şər atır. Sərkan ona hər hansı zorakılıq göstərməyib. Bütün Türkiyə bizi də tanıyır, onu da. Ayrılır deyə böhtan atmağa ehtiyac yoxdur. Onun iftiralarına heç kim inanmır. Mənim istəyim odur ki, Ece dilini kəsib, bir az evində otursun. Bu cür açıqlamalarla heç kimi bezdirməsin. Nəvəmizi çox sevirik. Onun üçün nə lazımdır, edəcəyik”.
Sərkan Uçar isə Ecenin iddiaları ilə bağlı bunları deyib:
“Heç biri düz deyil. Çox şeyi danışa bilərəm, ancaq susmaq məcburiyyətindəyəm. Çünki bir oğlumuz var və o, böyüyəndə bütün bunları internetdə görəcək. Ailəm də mənim danışmamağımın tərəfindədir. Mən iş adamıyam, başım özümə qarışıb. İcazə verildiyi müddətdə oğlumla görüşəcəyəm”.
Xatırladaq ki, Ece Erken məhkəməyə verdiyi şikayət ərizəsində həyat yoldaşı tərəfindən “Məndən ayrılsan, səni öldürərəm” sözləri ilə hədələndiyini demişdi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.