banner
banner

Dünya

Putinin mətbuat katibi bu qızla evlənir - Foto

Putinin mətbuat katibi bu qızla evlənir -
Fiqurlu konkisürmə üzrə olimpiya çempionu Tatyana Navka Rusiya mətbuatına müsahibəsində şəxsi həyatı, o cümlədən hazırlıqlarını gördüyü toyu haqda danışıb.
T.Navka toy mərasiminin bu yay Soçidə keçirilməsinə qərar verildiyini bildirib.
 
“Mən doğrudan da bu yay ərə gedəcəyəm. Toyun dəqiq tarixini isə hələlik sirr kimi saxlayırıq” - deyə T.Navka vurğulayıb.
 
Amma olimpiya çempionu ailə qurmağa hazırlaşdığı şəxsin adını açıqlamayıb.
 
Rusiyanın znak.com saytı bu ilin aprelində xəbər vermişdi ki, T.Navka Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovla ailə həyatı qurmağa hazırlaşır.
 
Bu məlumat nə Peskov, nə də Navka tərəfindən rəsmən təsdiq olunmasa da təkzib də edilməmişdi. Üstəlik Peskov-Navka cütlüyü tez-tez bir yerdə görünüb. Onlar noyabrda Qırmızı meydanda da birgə gəzintiyə çıxmışdılar.
 
 
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.