Müğənni Sevda Yahyayeva ilə prodüser Tarix Əliyevin yolları ayrılıb.
Axşam.az-ın məlumatına görə, bu barədə Tolik sosial şəbəkədə məlumat verib: “Hörmətli media və İnstaqram dostlarım. İki ilə yaxındır çalışdığım müğənni Sevda Yahyayeva ilə işbirliyimə son verməyi qərara aldım. Bunu Sevdaya bildirdim, anlayışla qarşıladı. Gələcək sənət işlərində uğurlar arzu edirəm”.
***
Tolik əməkdaşımızla söhbətində məsələylə bağlı həmçinin bunları bildirib:
“İki ilə yaxın birlikdə işlədik. Heç kim heç kimlə ömürlük çalışmır. Aramızda qalmaqal yoxdur. Mənim hazırda çalışdığım yeganə müğənni Elton Hüseynəliyevdir. İstəsəm, xeyli sayda müğənni ilə çalışaram. Amma buna qarşıyam. Çünki dincəlməyə ehtiyacım var.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.