Südəmər körpəniz çox vaxt sizi xoşbəxt və sağlam olması ilə sevindirəcəkdir.
Südünüz soyuqdəymə və qrip virusları ətrafda dolaşarkən ana südü vasitəsilə aldığı immunoloji qoruma sayəsində körpənizin onlara daha az yaxalanma ehtimalına səbəbdir. Hətta südverən ana xəstə olsa belə, uşağın süd əmməyə davam etməsi ən yaxşı haldır.
Körpə artıq xəstəliyə səbəb olan mikrobların hücumuna uğrayıb və ana südü onu bu hücumdan qoruyacaqdır. Tələb olduqda, süd verən ananın orqanizmi körpəsinin məruz qaldığı mikroblara qarşı anti-cisimlər əmələ gətirir. Bəs əgər körpəniz soyuqdəymə, qulaq ağrısı, qusma və ya ishal kimi və ya daha ciddi nasazıqlara məruz qalarsa necə? Körpənizin xəstəliyi nə qədər ciddi olursa olsun, o demək olar ki həmişə süd yeməyə davam edə bilər.
Metabolik pozğunluqdan əziyyət çəkən körpələr istisna olmaqla, sizin südünüz xəstə körpə üçün ən yaxşı qidadır. Ana südü asanlıqla həzm olunan mükəmməl qidadır və körpənin orqanizmini infeksiyaya qarşı mübarizə aparmağa kömək edən anti-cisimlərlə təmin edir.
Soyuqdəymə və qulaq infeksiyaları
Araşdırmalar göstərir ki, südəmər körpələr tənəffüs yolları və qulaq infeksiyalarına daha az yaxalanırlar. Amma bu o demək deyil ki, sizin körpəniz bu infeksiyalara yaxalanmayacaqdır. Soyuq dəymiş, boğazı ağrıyan və ya qulağına infeksiya düşmüş körpə süd əmməkdə çətinlik çəkə bilər.Belə vəziyyətlərdə aşağıdakı tövsiyyələr köməyinizə gəlmiş olar:
- Körpəni əmizdirməzdən əvvəl, onu qısa müddət slinq və ya “kenqurunun” köməyi ilə dik vəziyyətdə tutun. Bu onun burnundakı seliyi çıxarmağa kömək edə bilər.
- Körpəni yarımdik vəziyyətdə əmizdirin. Çünki qulaq infeksiyasına yaxalanmış körpəni uzanıqlı vəziyyətdə əmizdirdikdə, körpənin qulağına təzyiq düşə bilər.
- Süd verməzdən əvvəl, körpənin burnunu yumşaq rezin selik təmizləyicisi ilə təmizləyin.
Bütün bunlardan sonra körpə yenə də döşü rahat əmə bilmirsə, südünüzü əliniz və ya südsağan köməyi ilə sağın və onu körpəyə qaşıq, fincan və ya damcıtökənin köməyi ilə içirin. Əlbəttə ki, əgər körpənin qızdırması qalxarsa və ya bir neçə saat ərzində süd əmməkdən imtina edərsə, həkiminizlə əlaqə saxlayın.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.