banner
banner

Sağlamlıq

İnsulta qarşı möcüzəvi içki – quşüzümü suyu

İnsulta qarşı möcüzəvi içki –

ABŞ Kənd Təsərrüfatı Nazirliyi ürək xəstəlikləri, insult və diabet riskini azaldan içki kəşf edib.

Milliyet.com saytının xəbərinə görə, gündə iki stəkan quşüzümü suyunun insult və ya ürək xəstəlikləri riskini azaltdığı məlum olub. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin apardığı araşdırma zamanı 56 iştirakçıya kontrollu diyetlər tətbiq olunub. 28 iştirakçıya gündə iki stəkan quşüzümü suyu içirdilib, 28 iştirakçıya isə normal qidalanma təklif edilib.

“Daily Mail” saytında yer alan xəbərdə səkkiz həftə sonra iştirakçıların qan təzyiqi, qan şəkəri və qan lipidlərinin ölçüldüyü və nəticələrə əsasən, quşüzümü suyu içənlərin göstəricilərinin müsbət çıxdığı qeyd olunub.

Mütəxəssislər quşüzümünün tərkibində olan polifenolların çox güclü antioksidantlar olduğunu vurğulayıb. Onların fikrincə, quşüzümü bu baxımdan çox zəngindir. Quşüzümündə alma, qaragilə, üzüm və zoğaldan daha çox polifenol mövcuddur.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.