Müğənni Yusuf Güney 9 il müddətinə həbs edilə bilər. Cia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, içəri buraxılmadığı üçün gecə klubunun müdiri ilə dalaşan ifaçı məhkəməlik olub. Bir-birini təhqir edərək əlbəyaxa döyüşə çıxan tərəflər polisə şikayət ediblər.
Hər iki tərəfi günahkar hesab edən məhkəmədə “Böhtan və şantaj” maddəsi ilə açılmış cinayət işində Yusufla gecə klubunun müdiri Gökmen Beştaşın hərəsinə 9 il azadlıqdan məhrumetmə cəzasının verilməsini tələb olunub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.